GİZLİ MƏNA | Bu şəkil nə deməkdir?

GİZLİ MƏNA | Bu şəkil nə deməkdir?
  29 Yanvar 2014    Oxunub:8317
AzVision.az oxucularına yeni rubrika təqdim edir. Bu rubrikada biz ən müxtəlif rəsm əsərlərində şifrələnmiş mənaları açmağa çalışacağıq.
Bu şəkli Krişnaizmə aid saytlarda, kitablarda tez-tez görmək mümkündür. Bəs onun mənası nədir?



Qaura Qovinda, Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin Azərbaycandakı mənsublarından biri:

- Bu şəkil "Şrimad bhaqavatam"-a çəkilmiş illüstrasiyalardandır. "Şrimad Bhaqavatam"ın 10-cu nəğməsində Tanrı Krişnanın Yer üzündə nazil olaraq müxtəlif lilalar (əyləncələr) həyata keçirməsi təsvir olunur. Bu şəkil həmin lilalardan biri barədədir.

Şəkildəki sol tərəfdə təsvir olunan balaca oğlan tanrı Krişna, onun qarşısında diz çökən isə bizim yaşadığımız kainatın baş mələyi Həzrət Brahmadır. Onun dörd başı, dörd əli var.

Sözügedən lilada Tanrı Krişnanın yer üzündə Həzrət Brahmadan xəbərsiz nazil olması deyilir. Sonra Krişna bu sirri Brahmaya da açmağa qərar verir və bunu çox maraqlı formada həyata keçirir. Əvvəlcə Brahmanı Yer üzündəki müxtəlif maraqlı əməlləri - lilaları ilə çaş-baş qoyur. Brahma bu uşağın kimliyi ilə maraqlansa da, biliklə dolu dörd başı olmasına baxmayaraq, bir şey başa düşməkdə çətinlik çəkir. Və uşağın nə qədər qüdrətli olduğunu aydınlaşdırmaq üçün onun buzov otaran balaca dostlarını öz buzovları ilə bərabər "oğurlayır". Krişna buna reaksiya vermir və eyni uşaqları və buzovları yenidən Öz Qüdrətindən törədərək, Yer üzünün iki ilini bu uşaqlar və buzovlarla keçirir.

Brahma bundan sonra Tanrı ilə yarışa girdiyini anlayaraq, dərhal uşaqları və buzovları qaytarır, Krişnanın qarşısında diz çökərək Ona ən dərin səmimiyyəti ilə ürək sözlərini ünvanlayır. Bu şəkildə məhz həmin məqam təsvir edilib.


Teqlər:  





Xəbər lenti